16 Yanvar 2015 21:48
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İranın xarici işlər nazirləri son 3 gündə ikinci dəfə görüşüblər. Bu gün təkrar görüşən rəsmilər İranla "altılıq" arasında danışıqların növbəti mərhələsinin detallarını müzakirə ediblər.

Parisdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerri ilə yanaşı, fransalı həmkarı Loran Fabius ilə görüş keçirib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, görüşlərdə İranın nüvə proqramı ətrafında müzakirələr aparılıb.

Görüşlərin nəticələri barədə məlumat verilmir.

Yanvarın 14-də Con Kerri və Məhəmməd Cavad Zərif arasında İşveçrənin Cenevrə şəhərində baş tutmuş görüş 5 saat davam etmişdi.

Qeyd edək ki, yanvarın 18-də Cenevrədə İranla “altılıq” ölkələri arasında danışıqların yeni raundu başlayacaq.


Müəllif:

Oxşar xəbərlər