İsrail HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Übeydə ləqəbli şəxsin Xudayfa Xalut adlı şəxs olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avicay Adri məlumat verib.
“O, HƏMAS-ın İsrailə raket atmaq üçün mülki binaların arxasında gizləndiyi kimi, Əbu Übeydə adı və qırmızı örtüyün arxasında gizlənən Xudayfa Xalutdur.
O və digər HƏMAS-İŞİD liderləri tunellərdə, qadın və uşaqların, həmçinin maskalar və kölgələrin arxasında gizlənməyi xoşlayırlar. Xudayfa Xalut ifşa olundu. Örtüyü atmağın vaxtı gəldi”, - sözçü deyib.