İsraillə HƏMAS arasında qarşıdurma şiddətləndikcə bölgədə gərginlik pik həddə çatıb.
Teleqraf.com xəbər verir ki, Yaxın Şərqdə yeni müharibə zənglərinin çalındığı vaxtda Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsrail sərhədinə yaxın Süveyşdə 4-cü Zirehli Diviziyanı yoxlayıb.
Yoxlama zamanı Misir ordusunun görüntüləri diqqət çəkib. Həmin görüntülər “İsrailə qarşı güc nümayişi” şərhlərinə səbəb olub.
Misir lideri ordu qarşısında çıxışı zamanı deyib:
“Misir ordusu gücü, statusu, qabiliyyəti və səmərəliliyi ilə Misiri və milli təhlükəsizliyini qorumağı hədəfləyir. Misirlilərə sözüm budur ki, gücdən məntiqlə, ağılla və zülmə əl atmadan istifadə etmək vacibdir. Misir Qəzza zolağında eskalasiyaya nəzarətdə müsbət rol oynayır və vəziyyəti sakitləşdirməyə və atəşkəs əldə etməyə çalışır. Qəzza zolağında dinc əhaliyə lazımi köməklik göstərmək və onların əzablarını yüngülləşdirmək üçün böyük səylər göstəririk”.