26 Oktyabr 2023 18:26
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İrəvanda siyasi iradə olarsa, üçtərəfli sammitə çıxmaq perspektivi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Əgər İrəvanda siyasi iradə olarsa, biz əvvəlki kimi tam üçtərəfli sammitə çıxmaq perspektivi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Rusiya ərazisində qəbul etməyə hazırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər