27 Oktyabr 2023 01:26
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə rəsmi səfərdə olan Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədov bir-birinə it hədiyyə ediblər.

Teleqraf.com xəbər verir ki, Ankaradakı Prezident Sarayında baş tutan görüşdən sonra Ərdoğan Berdiməhəmmədova qanqal cinsi, Berdiməhəmmədov da həmkarına alabay cinsindən olan bala it hədiyyə edib.


Müəllif: Teleqraf.com