Ukrayna ordusunun döyüşçüləri Xerson vilayətində Dnepr çayının sol sahilində irəliləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Ukraynalı hərbçilər Oleşokun şimalındakı Antoniv şosse körpüsündən cənuba doğru irəliləyiblər. Ərazi Xersondan 7 km cənubda və Dnepr çayından 4 km məsafədə yerləşir.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın onları sıxışdırmaq cəhdlərinə baxmayaraq, Krınıkdakı mövqelərini qoruyub saxlayırlar. Rusiya mənbələrinin iddialarına görə, Dnepr çayının sol sahilində Ukraynanın 7 hücum qrupu fəaliyyət göstərir.
Ukrayna ordusu Podstepnı və Kazak yaxınlığında yol boyu əməliyyatları davam etdirir.