Belarusun Vilnüsdəki səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveykonun Litva ilə bağlı sözlərinə cavab olaraq diplomata etiraz notası təqdim edilib.
“Bu bəyanatlar Litvaya açıq hücum təhdidləri kimi başa düşülə bilər ki, bu da tamamilə qəbuledilməzdir”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Pavel Muraveyko sonuncu müsahibəsində bildirib ki, Litva üzərindən güc yolu ilə dəhliz yaradılması dünyada pislənməyəcək. Onun sözlərinə görə, indiki vəziyyət fərqlidir və Minsk artıq Qərbin ciddi təzyiqlərinə müqavimət göstərir.