17 Yanvar 2015 12:47
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gecə saatlarında Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında mövqe döyüşləri davam edib. Ən şiddətli toqquşmalar bu dəfə də Donetsk şəhəri ətrafında baş verib.

Bu istiqamətdə rusiyapərəst silahlı qruplaşmalar antiterror birləşmələrini 44 dəfə ağır artilleriya atəşinə tutublar.

Teleqraf.com-un məlumatına görə, terrorçuların hədəfi yenə Donetsk aeroportu olub. Ümumilikdə, cəbhə boyu Ukrayna hərbçilərinin mövqeləri sutka ərzində 82 dəfə intensiv atəşə məruz qalıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər