Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin övladlarının Ağ Evdə keçirilən Helloin şənliyinə Ukrayna Prezidenti Vladimir Zelenskinin geyimlərini xatırladan geyimlərdə qatılmasını “kin” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Zaxarova bunun biabırçılıq olduğunu deyib.
“Yəqin ki, görmüsünüz. Dəhşətdir, bu biabırçılıqdır. İki uşağını Ağ Evə gətirən Blinkendən danışıram, altı-yeddi, bəlkə də beş yaşlarında uşaqlardır. Balaca bir oğlan Zelenski kostyumunda, bir qız isə Ukrayna bayrağının rəngində geyinib”, - Rusiya rəsmisi bildirib.