ABŞ Prezidenti Co Bayden gələn ay Çin dövlət başçısı Si Cinpinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer açıqlama verib.
ABŞ rəsmisi liderlərin San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəklərini deyib.
“Şiddətli rəqabət gərgin diplomatiya deməkdir. Bizim siyasətimiz və Çinlə necə irəliləyəcəyimiz dəyişməyib”, - Jan-Pyer bildirib.
Ağ Evin sözçüsü Baydenin gündəliyi ilə bağlı əlavə təfərrüatlar verməkdən imtina edib, yalnız Amerika liderinin Si Cinpinlıə sərt söhbətə hazır olduğunu söyləyib.