2 Noyabr 2023 15:41
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakla görüşünü nümayişkaranə anti-Rusiya addımı kimi qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz bu görüşə rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya addımı kimi baxırıq. Ermənistan rəhbərliyi Moskva ilə İrəvan arasında müttəfiqlik münasibətlərini pozur”, - Zaxarova bildirib.

Rusiya rəsmisi Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərini, eləcə də Ermənistan parlamentinin sədri Alen Simonyanın ukraynalı həmkarı Ruslan Stefançukla təmaslarını xatırladaraq, iki ölkə arasında münasibətlərin intensivləşdiyini vurğulayıb.

“İrəvan bilməlidir ki, bu, ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flörtdür. Bunun başqa tərifi yoxdur. Respublikanın indiki rəhbərliyinin məqsədyönlü və israrla müttəfiqlik münasibətlərimizi məhv etməsi təəssüf doğurur”, - Zaxarova qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər