2 Noyabr 2023 23:50
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hazırda ABŞ və Çinin liderlik etdiyi süni intellekt yarışına qoşulmaq istəyini 273 milyon dollarlıq investisiya ilə açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti 6 ay əvvəl ölkənin çip tədarükünü təmin etmək və kommersiya baxımından ən vacib mikroçiplər üçün ayrılan 1 milyard dollara əlavə olaraq, süni intellektli superkompüterə 273 milyon dollar sərmayə qoyacağını bəyan edib.

Bristol Universiteti 19-cu əsrdə yaşamış britaniyalı mühəndis İsambard Brunelin şərəfinə "Isambard-AI" adlı superkompüter hazırlayacaq.
Böyük Britaniya hökumətinin yaydığı məlumatda qeyd olunur ki, "Isambard-AI" üzərində işlər tamamlandıqdan sonra ölkənin indiki ən sürətli maşınından 10 dəfə sürətli olacaq. Kompüter ABŞ-ın yarımkeçirici nəhəngi Nvidia tərəfindən hazırlanmış güclü süni intellekt çiplərini yığacaq və yüksək performanslı hesablama proqramlarında ixtisaslaşıb.

Amerika İT nəhəngi "Hewlett Packard Enterprise" kompüteri yaratmağa kömək edəcək və nəticədə onu "Dawn" adlı yeni elan edilmiş Kembric superkompüterinə qoşacaq. Britaniya hökuməti ümid edir ki, yaxın iki ayda fəaliyyətə başlayacağı gözlənilən birləşdirilmiş iki superkompüter müxtəlif sahələrdə irəliləyişlər əldə edəcək.


Müəllif: Məhəmməd Əliyev

Oxşar xəbərlər