5 Noyabr 2023 08:18
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 4-də Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Avropa İttifaqına üzvlük danışıqlarının başlaması ərəfəsində Ukraynanın irəliləyişi ilə bağlı yaxşı siqnallar verib.

Teleqraf.com xəbər verir ki, bu fikri Avropa Komissiyasının sədrinin Kiyevə səfərinin nəticəsini dəyərləndirərkən Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

“Bu gün çox vacib bir səfər baş tutdu. Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin səfəri Avropa İttifaqına üzvlük danışıqlarının başlanması ilə bağlı tövsiyələrimizin icrasına dair hesabat ərəfəsində həyata keçirildi”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna bu il belə bir siyasi qərar gözləyir.

“Ukraynada hamımız öyrəşməliyik ki, bizim daxili siyasətimiz Avropaya inteqrasiya siyasətidir. Bu gün Avropa Komissiyasının sədrindən danışıqlara başlamazdan əvvəl yaxşı siqnallar eşitdim”, - deyə Ukrayna Prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər