Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş Prezidenti Donald Trampı Ukraynaya dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Lenta.ru nəşri məlumat yayıb.
Zelenski Trampın Rusiya və Ukrayna arasında münaqişəni 24 saat ərzində həll edə biləcəyi fikrinə inanmadığını bildirib:
“Mən keçmiş ABŞ Prezidenti Trampı Ukraynaya dəvət edirəm. O, bura gəlsə, Trampa Ukraynaya sülh gətirə bilməyəcəyini izah etmək üçün mənə 24 dəqiqə lazım olacaq, daha çox deyil”, - Zelenski vurğulayıb.
Qeyd edək ki,Tramp Rusiya və Ukrayna arasındakı münaqişəni yenidən prezident seçiləcəyi təqdirdə 24 saata həll edəcəyini bildirmişdi.