Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.
Teleqraf.com “CNN Türk”ə istinadən xəbər verir ki, danışıqlar 3 saat çəkib.
Tərəflər qarşılıqlı maraq doğuran mələləri müzakirə ediblər.
Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
***
11:53
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər.
Müzakirələrdən sonra onların birgə mətbuat konfransı keçirmələri gözlənilir.
Qeyd edək ki, A.Blinken Ankarada səfərdədir.