6 Noyabr 2023 17:28
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Builki Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbsxanada özünə və digər məhbuslara tibbi xidmətin məhdudlaşdırılmasına və İranda qadınların hicaba məcbur edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ictimai fəalın ailəsi məlumat yayıb.

“Nərgiz Məhəmmədi bu gün Evin həbsxanasından (Tehran) məktub vasitəsilə aclıq aksiyasına başladığını bildirib. Biz Nərgizin fiziki durumu və səhhəti ilə bağlı narahatıq”, – ailəsinin açıqlamasında deyilir.

Nərgiz Məhəmmədi Güney Azərbaycandandır, molla rejimi tərəfindən məcburi hicaba etiraz aksiyaları zamanı saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər