8 Noyabr 2023 13:30
7 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin müharibədən sonrakı planına Qəzza zolağının işğalı daxil deyil. Amma İsrail ordusu bölgədə təhlükəsizliyə nəzarət edəcək.

Teleqraf.com xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahunun baş müşaviri Mark Reqev deyib.

“Təhlükəsizlik vəziyyəti ilə məşğul olmaq üçün nəzarəti əldən verməyəcəyik. Biz Qəzza zolağının hər hansı uzunmüddətli işğalından danışmırıq. HƏMAS-dan sonra Qəzzanın bərpası üçün beynəlxalq dəstəyin ola biləcəyi yeni bir çərçivə yaratmaqda maraqlıyıq. Ümid edirəm ki, ərəb ölkələrini silahsızlaşdırılmış dövləti bərpa etmək üçün cəlb edə bilərik”, - Baş müşavir vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər