18 Yanvar 2015 15:14
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa, Almaniya, Belçika və Hollandiyada terror həyəcanı davam edir.

Axar.az xəbər verir ki, kəşfiyyat qurumları 180 nəfərin terakta hazırlaşdığı barədə məlumat əldə edib.

Ötən gün Fransa, Belçika və Almaniyada keçirilən anti-terror əməliyyatlarında 20-dən çox insan saxlanılıb.

Hücuma dəstək verdikləri üçün polis tərəfindən saxlanıldığı bildirilən 12 nəfərin nəzarət müddəti başa çatsa da, sərbəst buraxılmayıb. Bəzilərinin daha 48 saat polis nəzarətində olacağı vurğulanıb.

Təhlükəsizlik tədbirlərini Böyük Britaniya ən yüksək səviyyəyə qaldırıb.

Bu 180 nəfərin 120 şəhərdə hər an təhlükə törədə biləcəkləri bildirilib.


Müəllif:

Oxşar xəbərlər