10 Noyabr 2023 15:48
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın bəzi Yaxın Şərq ölkələrində ABŞ hərbi bazalarına son hücumlarda əli yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrvani deyib.

“İran Yaxın Şərq regionunda ABŞ qoşunlarına və hərbi bazalarına edilən hücumların heç birində iştirak etmir”, - İrvani bildirib.

İran rəsmisi hücumlarda Yaxın Şərqdəki digər qüvvələrin də iştirakı ehtimalına toxunaraq, Fələstin-İsrail münaqişəsi davam edərsə, prosesin bütün regiona yayıla biləcəyini vurğulayıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sabrina Sinq bundan əvvəl bildirib ki, oktyabrın 17-dən bəri ABŞ-ın İraq və Suriyadakı qüvvələri 46 dəfə hücuma məruz qalıb, 56 nəfər yaralanıb. Onun sözlərinə görə, hərbi bazalara raketlər və pilotsuz təyyarələrlə zərbələr endirilib.

İsrail və ABŞ mediası hərbi bazaların İran tərəfindən dəstəklənən terrorçu qruplaşmalar tərəfindən hədəfə alındığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər