10 Noyabr 2023 15:36
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə müharibə qəfil bitə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak deyib.

“Düzünü desəm, müharibənin nə vaxt bitəcəyini heç kimin bildiyini düşünmürəm. Qəfil bitə bilər. Bunun üçün hər şey edilir, ona təsir edən bir çox amillər var. Amma çox istərdim ki, bu, mümkün qədər tez baş versin”, - Ukrayna rəsmisi bildirib.

Müharibəsi 100 metrlik yarışla müqayisə edən Yermak əlavə edib ki, Ukrayna artıq 100 metrdən 70 metrini qaçıb, amma qalan 30 metr ən çətinidir.

“Əgər özünüzü artıq qalib kimi hiss edirsinizsə, o zaman hər şeyi itirə bilərsiniz”, - aparat rəhbəri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər