11 Noyabr 2023 22:57
5 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı hərbi ekspert Aleksandr Musiyenko Silahlı Qüvvələrin Ali Baş Komandanı, general Valeri Zalujnının müharibə fazasının dəyişməsi ilə bağlı fikirləri ilə razılaşmır.

Teleqraf.com xəbər verir ki, ekspert hələlik müharibənin mövqe xarakteri daşımadığını, bunun belə ola biləcəyinə dair yalnız çağırış və təhdidlərin olduğunu söyləyib.

“Hələlik müharibənin mövqeli duruma çevrilməsi fikri ilə razılaşmıram. Mübarizəni davam etdirmək, Ukraynanın ehtiyaclarını lazımi silah, qüvvə və vasitələrlə təmin etmək üçün tərəfdaşlarımızın kifayət qədər iradəsi olmasa, belə çağırış və təhdidlər olacaq. Mənə elə gəlir ki, indiki vəziyyətimizi Birinci Dünya Müharibəsi ilə yox, İkinci Dünya Müharibəsi ilə müqayisə etmək olar. Bu gün çoxlu analogiyalar və paralellər var, məsələn, İtaliya uğrunda döyüşlə”, - ekspert bildirib.

O xatırladıb ki, İtaliya döyüşü zamanı müttəfiqlərin Siciliyaya çıxması ilə hücum bir neçə həftə davam etmişdi, çünki əvvəlcə Britaniya, sonra ABŞ qüvvələri savaşa qoşulmuşdu:

“Amerikalılar bu ideyadan imtina etmişdilər, çünki itkilər vardı, qarşıya qoyulan məqsədləri həyata keçirə bilmirdilər. Amma ingilislər mübarizəni davam etdirərək bu əməliyyatın uğurla başa çata biləcəyinə təkid edirdilər. Nəhayət, İtaliyada faşistlərin müqaviməti qırıldı”.

Mütəxəssisin fikrincə, Ukrayna indi müharibədə elə bir orta sahənin, yəni orta məsafəli oyunun olduğu nöqtəyə yaxınlaşır:

“İndi ordunun yerlərdə bilavasitə fəaliyyət göstərməsi ilə yanaşı, iradə və mübarizədə əldə edilmiş hədəflərə inam amilləri də ağırlıq təşkil edir. Bu çox vacibdir”.

Zalujnı bundan əvvəl bildirib ki, sonrakı mərhələdə Rusiya ordusunun müdafiəsində heç bir irəliləyiş və buna uyğun olaraq cəbhə xəttində ciddi dəyişiklik olmayacaq.

Hərbi ekspert Oleq Jdanovun sözlərinə görə, Qərb Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən yorulmayıb, Zalujnının iddiası daha çox Qərb üçün “soyuq duş” xarakteri daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər