19 Yanvar 2015 01:44
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada yeni terror aktlarının baş verəmsi ehtimalı tamamilə realdır. Teleqraf.com-un məlumatına görə, belə bir açıqlama ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron çıxış edib.

"Hücumlar tamamilə ehtimal ediləndir. Biz çox ciddi təhlükə ilə qarşılaşmışıq", - deyə, o, CBS Amerika televiziya şirkətinin bazar buraxılışına müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, terrorçular yaranmış vəziyyəti İslamla digər dinlər arasında qarşıdurma kimi təqdim etmək istəyirlər: “Lakin əslində, bu heç də belə deyil. Burada ekstremislərə və fanatiklərə qarşı mübarizədən söhbət gedir”.

Kemeron müsəlman ölkələrini terrorla mübarizədə yardım etməyə çağırıb: “Bizə terrorçulara qarşı hərbi əməliyyatlar və əks təsir göstərmək üçün müsəlman ölkələrinin, xüsusən, İraqın dəstəyi lazımdır”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər