İsrail yalnız girovların azad edilməsi şərti ilə atəşkəs elan edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu CNN-ə müsahibəsində deyib.
O deyib ki, biz atəşkəs barədə yalnız girovların azad edilməsindən sonra düşünə bilərik. Netanyahu onu da qeyd edib ki, bununla belə, İsrail döyüşdə qısa humanitar fasilələr verməyə hazırdır: “Bir neçə saatlıq, məhdud ərazidə və konkret məqsədlər üçün”.