13 Noyabr 2023 11:58
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb daim Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu dəfələrlə nümayiş etdirib, amma eyni zamanda Kiyevin dialoqdan imtina etməsinə məhəl qoymur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Kremldə qeyd edildiyi kimi, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur. Rusiya xüsusi əməliyyatın məqsədlərinə nail olmağı mütləq prioritet hesab edir. Bu, yalnız hərbi yolla mümkündür. Danışıqlar faktiki vəziyyət və yeni reallıqlar nəzərə alınmaqla aparılmalıdır. Moskvanın bütün tələbləri hamıya məlumdur”, - Peskov bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər