13 Noyabr 2023 16:17
4 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunlarının Xerson vilayətinin işğal olunmuş hissəsindən geri çəkilməsi qeydə alınmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

“Ruslar Ukraynaya qarşı informasiya əməliyyatı aparır, qoşunların yerdəyişməsini elan ediblər, amma bu, hələlik qeydə alınmayıb”, - məlumatda deyilir.

Mərkəz iddia edir ki, Kremlin təbliğatçıları Ukrayna ordusunun diqqətini yayındırmaq məqsədi daşıyan kampaniyaya başlayıblar, Xerson vilayətinin işğal olunmuş ərazilərindən qoşunlarını çıxardıqlarını bildiriblər.

“Bölgədən əldə edilmiş məlumata görə, düşmən qoşunlarının müvafiq hərəkəti qeydə alınmayıb. Ona görə də deyə bilərik ki, hazırda Ukraynaya qarşı informasiya əməliyyatı aparılır”, – məlumatda qeyd olunur.

Eyni zamanda mərkəz vurğulayıb ki, Rusiya qoşunlarının Xerson vilayətindən çıxarılması zaman məsələsidir.


Müəllif: Mənsur Rəğbətoğlu