19 Yanvar 2015 08:19
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı İŞİD zəbt etdiyi ərazilərdə əhalini öz tərəfində vuruşmağa vadar edir. Etiraz edənlər isə qətlə yetirilir, girov götürülür, təhdidlərə, zorakılığa məruz qalırlar.

Bu dəfə terrorçular İraqın şimalında iki kəndə daxil olaraq 250 nəfəri saxlayıblar. Belə ki, Mosul şəhərinin Telafer rayonuna bağlı Əbu Mariya kəndində gedən döyüşlərdə 250 nəfər dinc sakin girov götürülüb.

İŞİD sıralarında döyüşmək istəməyən kəndlilər ilə təşkilat mənsubları arasında qarşıdurma yaranıb, nəticədə 3 kəndli öldürülüb və təxminən 250 nəfər də girov götürülüb.

Qeyd edilir ki, İŞİD terrorçuları son zamanlar Mosul sərhədindəki kəndlərə hücum edərək kişiləri onlar tərəfdən müharibəyə cəlb etməyə çalışırlar.


Müəllif:

Oxşar xəbərlər