Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Axısqa türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümünü münasibəti ilə müraciəti yayımlanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı ölkə başçısının “X” sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Axısqa türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümünü hüznlə yad edir, bu böyük zülm zamanı həyatını itirən 20 minə yaxın qardaş-bacılarımıza Allahdan rəhmət diləyirəm. Axısqa türk qardaşlarımızın hüquqlarını hər platformada müdafiə etməyə davam edəcəyik”.