ABŞ mətbuatında Pentaqondan (Müdafiə Nazirliyi) İsrailə silah-sursat verildiyini ehtiva edən sənədin dolaşdığı iddia olunur.
Teleqraf.com xəbər verir ki, “Blumberq” agentliyi ABŞ-ın “Apaçi” Donanmasının inventarına əlavə etməyi planlaşdırdığı silahları Yaxın Şərqə göndərməyə hazırlaşdığını yazır.
Sözügedən silahlar həm ABŞ, həm də Avropadakı hərbi bazalarından bölgəyə göndəriləcək. Agentlik bildirir ki, ABŞ müdafiə nazirinin sözçüsü briqada generalı Patrik Rayder məsələni şərh etməkdən imtina edib.
Sənəddə qeyd olunan silah-sursatlar aşağıdakılardır:
2 min vertolyotlar üçün “Cəhənnəm” raketi (AGM-114 Hellfire)
30 mm-lik silahlar üçün sursat (avtomatik silahlar)
57 min 155 mm-lik güllə (artilleriya mərmisi)
400 minaatan
Çoxlu sayda M-141-lər (bunkerlərin dağıdılması üçün)
75 JLTV (zirehli maşın).