Çin lideri Si Cinpinlə danışıqlardan bir neçə saat sonra ABŞ Prezidenti Co Bayden köhnə ritorikasına qayıdıb.
Teleqraf.com xəbər verir ki, Amerika lideri çinli həmkarını növbəti dəfə “diktator” adlandırıb.
Jurnalist Baydendən Cinpini diktator adlandırmağa davam edib-etməyəcəyini soruşub.
Cavabında Bayden deyib: “Yaxşı, qulaq as, bu belədir. O, kommunist ölkəni idarə edən bir adam olması mənasında diktatordur. Çin hökuməti bizimki kimi deyil”.
Açıqlama iki liderin yüksək səviyyəli görüşündən bir neçə saat sonra verilib. Bayden bunu ən məhsuldar danışıqlardan biri kimi qiymətləndirib.