Norveç hökuməti müstəqil Fələstin dövlətini tanımağa hazır olması ilə bağlı parlamentə təklif təqdim edib.
Teleqraf.com xəbər verir ki, hökumət təklifdə bunun üçün yekun sülh müqaviləsinin imzalanmasını gözləməyəcəyini vurğulayıb.
Təklifdə qeyd olunur ki, hökumət hər hansı yekun sülh razılaşmasından asılı olmayaraq, sülh prosesinə müsbət təsir göstərəcəyi zaman müstəqil Fələstin dövlətinin qeyd-şərtsiz tanınmasına çağırır.
Digər tərəfdən, parlamentdəki partiyaların əksəriyyətinin qəbul etdiyi təklifdə Fələstin dövlətinin dərhal tanınmayacağı bildirilir.
Norveçdən əvvəl digər Avropa ölkəsi İspaniyanın Baş naziri Pedro Sançes yeni yaradılmış solçu koalisiya hökumətinin prioritetinin Fələstin dövlətinin tanınması üçün çalışmaq olacağını açıqlamışdı.