17 Noyabr 2023 16:01
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Aralıq dənizində, Fələstin-İsrail münaqişəsi zonasında yerləşdirilməsi onları mümkün hücumlara qarşı müdafiəsiz hala gətirir.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Hərbi rəsmilərimiz hesab edirlər ki, ABŞ-ın təyyarədaşıyan gəmilərini regionumuzun yaxınlığında yerləşdirməsi Amerikanı gücləndirmir, əksinə, onları əlçatan (hədəf) edir. Bu, onları potensial hücumlara qarşı daha müdafiəsiz hala gətirir”, - nazir bildirib.

Abdullahiyan Vaşinqtonun “Hizbullah” terror təşkilatı (Livan) İsrailə genişmiqyaslı hücuma başlayacağı təqdirdə Tehranı mümkün zərbə ilə hədələmədiyini açıqlayıb. İranın xarici işlər naziri ABŞ-ın Tehranı təmkinli olmağa çağırdığını, özünün isə İsraili dəstəklədiyini söyləyib. Onun fikrincə, bu, bölgədə gərginliyə gətirib çıxarır.

“Müharibə artıq regionda genişlənib. Yəmən ordusunun işğal olunmuş ərazilərə raket və pilotsuz təyyarələrlə hücumu müharibənin qızışmağa başladığı anlamına gəlir”, - Abdullahiyan vurğulayıb.

İranın baş diplomatı İsrailin artıq üçüncü ordu – “Hizbullah”la da döyüşdüyünü iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər