18 Noyabr 2023 20:51
3 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu yaxın gələcəkdə sektorun təhlükəsizlik nəzarətini əlində saxlasa belə, müharibə bitdikdən sonra Qəzzada hərbçi saxlamaq planı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Qoşunların içəridə qalacağına əmin deyiləm. Əslində, buna xüsusi ehtiyac yoxdur, çünki çox kiçikdir”, - baş nazir bildirib.

Müharibədən sonra Qəzzaya kimin rəhbərlik edəcəyinə gəlincə, Netanyahu vurğulayıb ki, bölgənin idarəetmə mədəniyyəti dəyişdirilməlidir. Onun sözlərinə görə, İsrail HƏMAS-ın məqsədləri ilə razılaşanları və fələstinli uşaqlara İsrailin məhv edilməli olduğunu aşılayanları qəbul edə bilməz.

“İsrail yaxın gələcək üçün tam hərbi məsuliyyət daşıyır. Amma orada sivil hökumət olmalıdır”, - Netanyahu əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər