“Rusiya ilə müharibə tez bitməyəcək, amma biz təslim olmayacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“İnsanlar nədənsə buna kino kimi baxırlar, gözləyirlər ki, hadisələrdə uzun fasilələr olmayacaq, gözlər önündə mənzərə həmişə dəyişəcək, hər gün sürprizlər olacaq. Amma bizim üçün, əsgərlərimiz üçün bu, kino deyil. Bu, bizim həyatımızdır. Hər şey istədiyimiz kimi tez bitməyəcək, amma bizim təslim olmağa haqqımız yoxdur, bunu etməyəcəyik”, - dövlət başçısı vurğulayıb.