21 Noyabr 2023 16:38
8 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Baş naziri Pedro Sançes İone Belaranı ədliyyə naziri vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, qərar onun İsrailin Qəzza zolağındakı əməliyyatlarını tənqid etdiyi üçün verilib.

Belara bundan əvvəl İsraili “müharibə cinayətləri” törətməkdə ittiham edib və İsrail rəhbərliyinin Beynəlxalq Cinayətlər Məhkəməsində mühakimə olunmasını istəyib. Eyni zamanda, o, İspaniya vətəndaşlarını Fələstinə dəstək üçün küçələrə çıxmağa çağırıb.

Qəzzada əməliyyat başlayandan bəri İspaniyanın bir çox şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın ortalarında Sançes hökumətinin Fələstin dövlətinin tanınması istiqamətində işə başlayacağı açıqlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər