Livandakı “Hizbullah” hərəkatı İsrailin hərbi fabrikinə və iki hərbi məntəqəsinə hücumlar təşkil edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Hizbullah” yazılı açıqlama yayıb.
Bildirilib ki, “Hizbullah” İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti “Rafaelin” fabrikini raketlərlə vurub.
Daha bir neçə hərbi hədəf isə Katyuşa raketlərilə vurulub.