23 Noyabr 2023 10:24
8 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken davam edən İsrail-HƏMAS müharibəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan həmkarları ilə telefon danışıqlarında Fələstin dövlətinin yaradılmasının zəruriliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, Blinken Səudiyyə xarici işlər naziri Fəysal bin Fərhan əl-Səudla telefon danışığında həftəsonu həyata keçirilməsi planlaşdırılan girov anlaşmasını da alqışlayıb.

Anlaşma Qəzzada ən azı dörd günlük atəşkəsə imkan verəcək.

Qətər xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə telefon danışığında ABŞ dövlət katibi girovlarla bağlı danışıqlarda göstərdiyi səylərə görə təşəkkür edib. Tərəflər Qəzzaya yardım axınının artırılması səyləri ətrafında fikir mübadiləsi aparıblar.

Blinken BƏƏ-dən olan həmkarı Şeyx Abdullah bin Zayed əl-Nəhyanla da Qəzzadakı son durumu müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər