19 Yanvar 2015 17:49
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan vəfat edib.

Trend-in Novosti Armeniya-ya istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi təsdiqləyib.

Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğunu bildirmişdilər.

Qeyd edək ki, yanvarın 12-də səhər cinayətkar Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir.

Cinayətkar avtomatın açılmamasına görə 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb.


Müəllif:

Oxşar xəbərlər