İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların azad edilməsinin ikinci mərhələsinin plana uyğun getdiyini müzakirə etmək üçün ölkənin təhlükəsizlik rəsmiləri ilə təcili iclas keçirib.
Teleqraf.com xəbər verir ki, TASS bu barədə Netanyahunun ofisinə istinadən məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu razılaşmanın ikinci mərhələsinin planlaşdırıldığı kimi davam etməsini təmin etmək üçün bütün təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə vəziyyətin qiymətləndirilməsi toplantısı keçirdi”.
Bundan əvvəl Fələstinin HƏMAS radikal qruplaşmasının hərbi qanadı Əl-Qəssam Briqadaları bildiriblər ki, İsrailli girovların ikinci qrupunun azad edilməsini təxirə salıblar, çünki onlar İsrailin razılaşmanın sonuna əməl etmədiyini bildiriblər.
Daha sonra Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Misir və Qətərin səyləri nəticəsində girovların ikinci qrupunun azad edilməsində ləngimə aradan qaldırılıb.