26 Noyabr 2023 08:20
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında azad edilən girovların ikinci qrupu Misirdən İsrailə gəlib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin və Ümumi Təhlükəsizlik Qüvvələrinin xüsusi bölmələri hazırda azad edilmiş girovların yanındadır. Azad edilən girovlar İsrail ərazisində ilkin tibbi müayinədən keçiblər. İDF əsgərləri onları ailələrinə qovuşacaqları İsrail xəstəxanalarına gedərkən müşayiət etməyə davam edəcək”, - deyə İDF mətbuat xidməti bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağından Misirə girovların ikinci qrupunun köçürüldüyünü təsdiqləyib.

Bununla belə, İDF aydınlaşdırıb ki, Fələstinin radikal HƏMAS hərəkatı Qırmızı Xaç Komitəsinin bildirdiyi kimi 20 yox, cəmi 17 girovu azad edib. Noyabrın 26-da bazar günü gecə yarısına qədər azad edilməli olan daha üç girovun taleyi hələlik məlum deyil.


Müəllif: Pərvin Cəfərova