28 Noyabr 2023 17:10
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ukrayna silahlı qüvvələrini artilleriya mərmiləri ilə təmin etmək vədlərini yerinə yetirməyib, F-16 pilotlarının təlimi lazımi tempdə getmir.

Teleqraf.com xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

Onun sözlərinə görə, döyüş sursatlarının tədarükü Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsi üçün kifayət etməyib.

Çexiya lideri qeyd edib ki, Ukraynanı dəstəkləyən ölkələrdə də qeyri-müəyyənlik artır. Onun fikrincə, bu, ukraynalıların məyusluğunun artmasına səbəb olacaq.

Pavel vurğulayıb ki, tədarüklə bağlı qeyri-müəyyənlik Ukraynada hərbi planlaşdırmaya maneə yaradır. O, cari ilin uğurun əsaslarının qoyulması üçün həlledici və daha çətin olacağını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər