İnsanın gün ərzində özünü zəif və yorğun hiss etməsi gündəlik fəaliyyətinin effektivliyini azaldır.
Teleqraf.com xəbər verir ki, tanınmış türkiyəli diyetoloq, professor Canan Karatayın orqanizmin yorğunluğunun qarşısını almaq üçün kərə yağını tövsiyə etməsi müzakirələrə səbəb olub.
Mütəxəssislərin fikrincə, uzun müddətdir zərərli olduğu hesab edilən kərə yağının tərkibində olan xolesterin müəyyən problemlərə, o cümlədən qan-damar sisteminin xəstəlikləri və daxili orqanların zədələnməsinə səbəb ola bilər.
Canan Karatay isə hesab edir ki, kərə yağı zəifliyi və yorğunluğu aradan qaldıraraq enerjinin artmasında böyük rol oynayır.