Hər bir münaqişənin həllində mühüm rol oynayan Türkiyə ilə Yaxın Şərqdə sülh prosesi ilə bağlı təmasa keçməyə hazırıq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.
AB-nin baş diplomatının açıqlamasından diqqətçəkən məqamlar aşağıdakılardır:
“Avropa Birliyi AB-Türkiyə münasibətlərində növbəti addımların nə olacağını düşünməlidir.
AB-nin Türkiyə ilə ticarət və yaşıl enerji sahələri kimi bütün mümkün sahələrdə daha sıx əməkdaşlıq qurmaqda və qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməkdə strateji marağı var.
Türkiyə ilə əsaslı fikir ayrılıqlarının aradan qaldırılması üçün səylər davam etdirilməlidir
Rusiya-Ukrayna müharibəsi zamanı Türkiyə Qara dənizdə əsas rol oynayıb.
AB-Türkiyə münasibətlərində inkişafa açıq sahələr olduğunu görürük”.