Hindistanda hindular müsəlman kəndinə hücum ediblər.
Publika.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Bihar ştatında baş verib. Kəndə hücum edən buddistlər 3 müsəlmanı diri-diri yandırıblar.
Ştat rəsmisi Atul Prasadın sözlərinə görə, hadisə buddist bir gəncin meyitinin tapılmasına görə baş verib. Hindular gəncin ölümündə müsəlmanlardan şübhələnərək onlardan qisas alıblar.
Faktla bağlı cinayət işi qaldırılıb, 8 hindu saxlanılıb.