İsrail ordusu Qəzza zolağında tam gücü ilə əməliyyatları bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı “Times of Israel” nəşri müdafiə naziri Yoav Qalanta istinadən yayıb.
“Müdafiə naziri Yoav Qalant HƏMAS-ın İsraillə atəşkəs razılaşmasını pozmasından sonra ordunun tam hərəkətə keçdiyini bildirib”, - məlumatda deyilir.