21 May 00:34
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölümü Ermənistanda revanşistləri təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, onlar İranın bundan sonra Ermənistanı qoruya bilməyəcəklərini söyləməyə başlayıblar.

Erməni politoloq Stepan Danielyan hesab edir ki, başı daxili işlərinə qarışan İranın “qırmızı xətt” adlandırdığı Ermənistana diqqəti azalacaq.

“İranda çox ciddi daxili siyasi tənzimləmələr başlayıb və bu müddət ərzində Tehran xarici çağırışlara tam və kəskin cavab verə bilməyəcək. Bizim üçün təhlükəli dövrdür, İran bu müddət ərzində Cənubi Qafqazdakı qırmızı xətlərini tam qoruya bilməyə bilər”, - ekspert deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər