21 May 00:42
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Xarkov vilayəti uğrunda döyüş həlledici olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan generalı Ben Hodces deyib.

“Xarkov uğrunda döyüş həlledici olmayacaq. Çünki belə olsaydı, bu, müharibəni bitirmək demək olardı. Bunu belə görmürəm. Rusiyanın Ukraynanı həlledici nokauta salmaq imkanına malik olduğuna inanmıram”, - general vurğulayıb.

Hodcesin sözlərinə görə, Ukrayna Qərbdən lazımi dəstək almasa da, Xarkov istiqamətində rusların irəliləyişini ləngidə bilib: “Bu, Rusiyanın hələ də yaşadığı problemlərdən xəbər verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər