20 May 23:46
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisini daşıyarkən qəzaya uğrayan helikopter müəyyən hava şəraitində uçuş üçün yararsız olub.

Teleqraf.com xəbər verir ki, bunu alman analitik, keçmiş pilot Yulin Röpke deyib.

Onun sözlərinə görə, İran lideri ötən əsrdə ABŞ-də istehsal edilmiş, köhnə “Bell 212” helikopteri ilə uçub.

Bu texnikalar 1960-cı illərdə hazırlanıb, ekspertin fikrincə, helikopter çətin hava şəraitində uçuş üçün yararsız olub. O iddia edir ki, bu uçuş ekipaj və sərnişinlər üçün intihara çevrilib.

“Əgər xəbərlər doğrudursa, Rəisi “Bell 212” helikopteri ilə uçuş qaydalarına açıq şəkildə uyğun olmayan hava şəraitində daşınıb. Bu, sadəcə intihardır. Sözügedən helikopter çətin meteoroloji şərtlərdə uçuşlar üçün yararsızdır. Vertolyot əvvəlcə İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib, ardınca “mülki görünüş” verilmək üçün yenidən rənglənib”, - Röpke qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər