21 May 00:12
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində illər əvvəl qalmaqal yaşadığı xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni aparıcının "Natavan Həbibi ilə Aygün Kazımova arasında soyuq küləklər səngidi" sualına "Yəqin ki...Bu müddət ərzində söz-söhbət unudulmayıbsa, bilmirəm. Aygün Kazımova ilə bir-iki dəfə görüşmüşük. Çoxdandır ki, heç kimlə görüşmürəm. Aygün Kazımova ilə də çoxdandır ki, görməmişəm. Yaşanan söz-söhbətlər mənim üçün unudulub. Mənə də qəribə gəlir ki, niyə yaşanıb. Çox dərinliyə getmişdilər. Mənə keçmişdəki söz-söhbətlər maraqlı deyil. Münasibət səmimi, dürüst olmalıdır. Oyunlar bitməlidir. Oyunlar bitməyibsə, mən də bitirmərəm",-deyə cavab verib.

Qeyd edək ki, illər əvvəl “Nömrə 1” yarışmasında Natavan Həbibinin Aygün Kazımovaya gəlməsi onların münasibətlərini pisləşdirmişdi. İki məşhur arasında qalmaqal yaşanmışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər