İsrail silahlı qüvvələri HƏMAS hərəkatının məhv etdikdən sonra döyüşləri dayandırmayacaq. Çünki bölgədə fəaliyyət göstərən digər fələstinli qrupları məğlub etmək planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus deyib.
“Məqsədimiz Qəzzada İsrailin mülki əhalisinə təhlükə yaradan hərbi infrastrukturun olmamasına əminliyi formalaşdırmaqdır. Buraya HƏMAS, İslami Cihad, eləcə də Xalq Müqavimət Komitələri və Fələstin Azadlıq Cəbhəsi də daxildir”, - deyə Konrikus bildirib.