Nepal Rusiyadan öz vətəndaşlarını Ukraynaya qarşı müharibəyə cəlb etməyi dayandırmağı tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN bu yaxınlarda Rusiya ordusunda xidmət edərkən həlak olan 6 vətəndaşın siyahısını açıqlayıb. Rusiya hökuməti onların cəsədlərini mümkün qədər tez Nepala göndərməyə və ailələrinə təzminat ödəməyə çağırılır.
“Rusiya hökumətindən Nepal vətəndaşlarını Rusiya ordusuna çağırmamaq, Nepal vətəndaşları hərbi xidmətə çağırılacağı təqdirdə isə belə vətəndaşları dərhal ölkəyə qaytarmaq tələb olunub”, - bəyanatda bildirilir.
Rusiya ordusuna qoşulan, hazırda Ukrayna əsirliyində olan Nepal vətəndaşı Vivek Xatrinin geri qaytarılması üçün diplomatik səylərin edildiyi də vurğulanır.